Yuxarı

Feysbuk hesablarını ələ keçirən proqram aşkarlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsində spamın köməkliyi ilə yayılan zərərverici proqram qısa müddət ərzində sosial şəbəkədə minlərlə istifadəçinin hesabını ələ keçirib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, hakerlər ələ keçirdikləri profil şifrələrini "like alveri" üçün istifadə ediblər.

Hücum 24 iyun tarixindən başlanıb. Baxmayaraq ki, "troyan" Ququl Xrom və Vindovs istifadəçiləri üçün təhlükə yaradır. Bir neçə saat ərzində 10 mindən çox istifadəçi bu hücumun qurbanı olub. Hücumun ssenarisi 2 mərhələyə bölünür. Birinci mərhələ istifadəçinin haker tərəfindən Feysbuk vasitəsilə göndərdiyi məktubu alması və oradakı linki klikləməsi ilə başlanır. Məktubda istifadəçinin adının şərhlərin birində qeyd edildiyi bildirilir. Göndərilən məktub elə görünür ki, guya onu dostluğunuzda olan biri göndərib.

Yükləndikdən sonra ikinci mərhələ işə düşür: "troyan" gizlicə şifrələri oğurlayan Ququl Xrom əlavəsini yükləyir və quraşdırır. Ququl Xrom əlavəsi istifadəçini bir də Feysbuka daxil olmasını gözləyir və onu yenidən giriş etmək üçün məcbur edir. Daxil edilmiş istifadəçi adı və şifrəsi hakerlərə məxsus serverlərə göndərilir. Şifrə və logini əldə etdikdən sonra hakerlər Feysbukda istifadəçinin adından fəaliyyət göstərə bilərlər. Əksər zərərçəkmişlər Braziliya, Peru, Ekvador və Venesueladan qeydə alınıb.

Tarix
2016.07.08 / 18:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ATƏT sədrinin regiona səfərinin vaxtı məlum oldu

Sahibə Qafarova Özbəkistana getdi

Azərbaycan iki ölkəyə başsağlığı verdi

Mirzoyan Almatıya bu ümidlə getmişdi - alınmadı... - Video

Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır

Türkiyədə Rusiyanın iştirakı ilə Bakı-İrəvan sazişi... - “II Qars”?

Almatı uğursuzluğunun səbəbi: Paşinyan bunu istəyir

Abramyan bilmədən şok sirri açdı: Bu xəritə gizlədilir!

Əgər Ermənistan Azərbaycan qazı alarsa… - Rus ekspert

Bayramov-Mirzoyan görüşü: nəticə nə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla