Yuxarı

Görüş başlayır: Zelenskini nə gözləyir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Görüş başlayır: Zelenskini nə gözləyir?

Zelenski ilə Tramp arasında görüşə sayılı dəqiqələr qalıb (Bakı vaxtı ilə saat 21:15-də görüş başlayacaq). Tramp Zelenskiyə Putinin tələblərini çatdıracaq. Bəs Putin nə istəyir? Rəqəmlərlə baxaq: Donetsk vilayətinin ümumi ərazisi 26,5 min kv.km-dir. Hazırda onun 19,9 min kv.km-i Rusiyanın, 6,6 min kv.km-i isə Ukraynanın nəzarətindədir. Putin qalan 6,6 min kv.km-in döyüşsüz verilməsini tələb edir. Əvəzində isə Ukraynaya hücum etməyəcəyinə "zəmanət verəcək" və hətta bunu Rusiyanın Konstitusiyasına daxil edəcəyini vəd edir (bu barədə Uitkof bildirib).

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, indiyə qədər Rusiya rəsmi şəkildə imzalanmış 5 sənəddə Ukraynanın ərazi bütövlüyünü tanıyıb:

"1. Belovej sazişi (8 dekabr 1991)

2. Almatı Bəyannaməsi (21 dekabr 1991)

3. Budapeşt Memorandumu (5 dekabr 1994)

4. Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında saziş (31 may 1997)

5. Rusiya–Ukrayna dövlət sərhədi haqqında saziş (28 yanvar 2003).

Başqa sözlə, Rusiya torpaqların əvəzində sadəcə "hava" təklif edir. Uitkofun dediyi kimi, "Rusiyanın Ukraynanı tam işğal etməkdən imtinası artıq güzəştdir".

Bu baxımdan, Zelenskini bu gün çox gərgin danışıqlar gözləyir. Ən azı ona görə ki, Trampın Putinə simpatiyası hər kəsin gözü qarşısındadır. Üstəlik, bu gün Avropa liderləri də Vaşinqtondadır, amma biz Trampın onları qarşıladığını, əl sıxdığını, əl çaldığını və ya maşınlarına qədər yola saldığını görmədik".

Tarix
2025.08.18 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla