Yuxarı

Bu ölkə İran səfirini qovdu, səfirlik bağlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə İran səfirini qovdu, səfirlik bağlandı

İranın ən azı iki antisemit hücumunda rolunun təsdiqlənməsindən sonra ölkə səfiri ölkədən qovulub, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb və İnqilab Keşikçiləri Korpusunuun (SEPAH) terrorçu qruplaşmalar siyahısına salınması planlaşdırılır.

Axar.az xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albanese deyib.

O, daxili işlər naziri və təhlükəszlik naziri ilə birgə ölkə parlamentində mətbuat konfransında çıxış edərək bildirib ki, İran hökuməti Avstraliyadakı yəhudi icmasına qarşı ən azı iki hücum təşkil edib.

Albanese Melburndakı Adas İsrail sinaqoquna və Sidneydəki "Louis Continental" restoranına qarşı törədilən terror hücumlarını fövqəladə və təhlükəli vəhşiliklər adlandırıb və İranın yeni hücumları barədə xəbərdarlıq edib:

“İslam Respublikası Avstraliya torpaqlarında növbəti hücumlar həyata keçirə bilər”.

Baş nazir bildirib ki, Avstraliya hökuməti İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq üçün qanun qəbul edəcək.

O, İranın terror hərəkətlərini Avstraliya cəmiyyətində ictimai birliyi pozmaq və parçalanma yaratmaq cəhdi adlandırıb və hökumətin vandalizmə cavab olaraq təcili və qəti addımlar atacağını deyib.

Baş nazir həmçinin ölkənin Tehrandakı səfirliyinin bağlandığını və Tehranda yerləşən bütün avstraliyalı diplomatların hazırda İranı tərk etdiyini və üçüncü ölkədə təhlükəsizlikdə olduğunu açıqlayıb.

Tarix
2025.08.26 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla