Yuxarı

Bu ölkəni tək qoymayacağıq - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkəni tək qoymayacağıq - Ərdoğan

Son dövrlərdə baş verən hadisələr göstərdi ki, Suriyadakı narahatlıq ən çox bizə təsir edir. Suriya torpaqlarında qarışıqlıq yaratmaq istəyənlərə nə biz göz yumarıq, nə də Dəməşq buna razı olar. Biz Suriyanın bütün rəngləri ilə bir və bütöv olmasını və bu şəkildə qalmasını istəyirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən deyib.

“Suriya Prezidenti Əhməd əş-Şara da bizim kimi düşünür. Lakin belə uzunmüddətli bir müharibə yaşamış bütün bölgələrdə olduğu kimi, Suriyada da xaos yaratmaq istəyənlər çoxdur. Onların kim olduqları da bəllidir. Ona görə də biz Suriyanı tək buraxmayacağıq.

Suriyanın yenidən ayağa qalxmasına heç kim mane ola bilməyəcək. Xaosa yatırım edən müharibə baronları bu dəfə uduzacaqlar. Ərəb, kürd, türkman, nusayri, sünni, xristian fərqi olmadan Suriyanın bütün təbəqələri qazanacaq. Açıq şəkildə ifadə etmək istəyirəm ki, bu prosesi pozmağa çalışan hər kəs bunun bədəlini ödəyəcək.

Kürdlər harada yaşamasından asılı olmayaraq bizim qardaşımızdır. Heç kim bizi bir-birimizdən ayıra bilməz. Heç kim bizim əbədi qardaşlığımıza tələ qura bilməz. Qətiyyətliyik, əzmliyik. Necə ki, ət sümükdən ayrılmaz, bizim bu qardaşlığımız da bir-birindən ayrılmaz. Əgər uzaqgörənlik, fərasət və sağlam düşüncə ilə hərəkət edilərsə, hər bir problem həllini tapar. Amma xoş niyyət olmazsa, ən sadə məsələlər belə dolaşıq bir hala gələr. Biz əmin-amanlıq və sakitlik mühitinin möhkəmlənməsinin tərəfdarıyıq və bunun üçün çalışmaqda davam edəcəyik”, - Ərdoğan vurğulayıb.

Tarix
2025.09.02 / 17:08
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla