Yuxarı

Trampdan NATO-ya məktub: Rusiyaya qarşı bu addımı atın!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan NATO-ya məktub: Rusiyaya qarşı bu addımı atın!

ABŞ Prezidenti Donald Tramp Rusiyaya geniş sanksiyalar tətbiq etməklə bağlı NATO və dünya ölkələrinə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkə hesabında yazıb.

Tramp bildirib ki, əgər NATO dövlətləri razılaşar və eyni şeyi etməyə başlayarsa, bütün NATO dövlətləri Rusiyadan neft almağı dayandırarsa, ABŞ Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etməyə hazırdır.

Onun sözlərinə görə, bəzi NATO ölkələrinin Rusiyadan neft əldə etməsi şokedicidir:

“Bu isə sizin Rusiya ilə danışıqlardakı mövqeyinizi və sövdələşmə gücünüzü çox sarsıtdı. Yenə də siz hazır olanda, mən də hazıram. Sadəcə, nə zaman olacağını deyin. Düşünürəm ki, bu və üstəlik, NATO-nun bir qrup olaraq Çinə 50-100 faiz arası tarif tətbiq etməsi bu ölümcül müharibəni bitirəcək. Çinin Rusiya üzərində güclü nəzarəti var və bu güclü tariflər onu qıracaq. Bu, Trampın deyil, Bayden və Zelenskinin müharibəsidir. Mən onu dayandırmaq, minlərlə rusiyalı və ukraynalının həyatını qurtarmaq üçün bu işin içindəyəm. Əgər NATO dediyim kimi etsə, müharibə tez bitəcək və bütün həyatlar xilas olacaq. Yoxsa siz mənim vaxtımı, enerjimi və ABŞ-ın pulunu boşa xərcləyirsiniz”.

Tarix
2025.09.13 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Mikayılovu buna görə işdən azad edib - Cinayət

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla