Yuxarı

Ukrayna bizə kobud münasibət göstərir - Kobaxidze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna bizə kobud münasibət göstərir - Kobaxidze

Ukrayna hakimiyyətinin Gürcüstana qarşı kobud münasibəti narahatedicidir.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir bildirib ki, ötən həftə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iki Ukrayna vətəndaşının külli miqdarda heksogen partlayıcı maddə ilə saxlanması barədə məlumat yayıb.

DTX-nin məlumatına görə, həmin maddənin son çatdırılma məntəqəsi Tiflisdəki ev olub və partlayıcı maddələr Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılanlara təhvil verilib. Onun sözlərinə görə, media partlayıcıların oktyabrın 4-də keçirilən etiraz aksiyasında istifadə edilməsinin planlaşdırıldığını iddia edir.

“Ukrayna hakimiyyətinin ölkəmizə qarşı belə kobud münasibət sərgiləməsi çox təəssüf doğurur. Qalan təfərrüatı Dövlət Təhlükəsizlik Xidməti araşdırmalıdır. İşdə iştirak edən konkret şəxs, saxlanılan şəxs birbaşa Ukraynanın Təhlükəsizlik Xidmətindən tapşırıq aldığını bildirib. Bu maddənin son təyinat məntəqəsinin Tiflis olduğu bilinəndə, bu işin arxasında hansı niyyətlərin dayandığı ilə bağlı suallar doğur”, – Kobaxidze vurğulayıb.

Qeyd edək ki, Ukraynadan gələn partlayıcılar Rumıniya, Bolqarıstan və Türkiyə vasitəsilə Gürcüstana çatdırılıb. Gürcüstan DTX ölkə ərazisində həm avtomobilin sürücüsünü, həm də əlaqə saxladığı şəxsi saxlayıb. Axtarışlar zamanı saxlanılan şəxslərin üzərindən 8 ədəd mobil telefon, 1 ədəd kompüter, elektron daşıyıcı, külli miqdarda nağd pul, müxtəlif ölkələrdən SİM kartlar, kokain aşkar edilib.

Tarix
2025.09.16 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla