Büdcə ilə bağlı Demokratlar Partiyası ilə yaranmış fikir ayrılıqları səbəbindən ABŞ hökuməti fəaliyyətini dayandıra bilər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Di Vens deyib.
“Düşünürəm ki, bizi hökumətin bağlanması (şatdaun) gözləyir. Çünki demokratlar doğru qərar qəbul etmək istəmir”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 21-dək federal qurumları maliyyələşdirməyi nəzərdə tutan qanun layihəsi ABŞ Senatı tərəfindən rədd edilib. 44 senator qanun layihəsinin lehinə, 48 senator isə əleyhinə səs verib.
Nümayəndələr Palatası və Senat bu məsələdə razılığa gələ bilməsə, hökumət yeni maliyyə ilinin başlanğıcı olan oktyabrın 1-dən etibarən bağlanacaq. Bağlanacağı təqdirdə, sərhəd, poçt və sosial xidmətlər fəaliyyətini davam etdirəcək, lakin hərbçilər də daxil olmaqla, dövlət işçiləri maaşsız qalacaq.