Yuxarı

İsrail yenidən Qəzza zolağına zərbə endirdi: 55 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail yenidən Qəzza zolağına zərbə endirdi: 55 ölü

13:10

ABŞ Prezidenti Donald Trampın atəşkəs çağırışından sonra İsrail şənbə günü Qəzza zolağına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıblar.

"Zərbələrdən biri Qəzza şəhərində bir evdə 4 nəfərin ölümünə səbəb olub. Ölkənin cənubundakı Xan Yunisdə isə zərbə zamanı 2 nəfər həlak olub", - məlumatda qeyd olunub.

Daha əvvəl ABŞ Prezidenti HƏMAS-ın girovları azad etməyə və ABŞ-nın müharibəni dayandırmaq planının bəzi şərtlərini qəbul etməyə razılaşaraq sülhə hazır olduğunu bəyan etmişdi.

Üstəlik, İsrail qüvvələrinin Qəzzaya hücumunu dayandırdığı bildirilmişdi. Baş nazir Benyamin Netanyahunun ofisi isə İsrailin bütün girovları azad etmək üçün Tramp planının birinci mərhələsini dərhal həyata keçirməyə hazır olduğunu elan etmişdi.

Eyni zamanda Fələstinin HƏMAS hərəkatı da bütün israilli girovları azad etməyə və Qəzza zolağında atəşkəs üçün ABŞ Prezidenti Donald Trampın sülh planının detallarını müzakirə etməyə hazır olduğunu rəsmən təsdiqləyib.

***

İsrail qüvvələrinin Qəzzaya zərbələri nəticəsində gün ərzində 55 nəfər ölüb.

Bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Tarix
2025.10.04 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla