Yuxarı

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

Azərbaycanın şanlı dövlətçilik tarixinə 2020-ci ilin 44 günlük Vətən müharibəsi ən parlaq Zəfər səhifəsi kimi yazılıb. Bu savaşda hər bir kəndin, hər bir qəsəbənin azad olunması xalqımıza böyük qürur hissi yaşatdı. Ancaq həmin qələbələr arasında elə gün var ki, həm hərbi, həm də siyasi baxımdan xüsusi simvolik məna daşıyır. 4 oktyabr – Cəbrayıl şəhərinin azad edildiyi gün məhz belə tarixi hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, Cəbrayılın işğalı ilə azadlığı arasında uzanan 27 illik dövr Azərbaycan xalqının həm ağrı, həm də ümidlərlə dolu tarixini əks etdirir:

“1993-cü ilin avqustunda Cəbrayıl rayonu işğal edildi. 1 şəhər, 4 qəsəbə, 92 kənd erməni vandalları tərəfindən dağıdıldı, minlərlə sakin məcburi köçkünə çevrildi. Yüzlərlə tarixi abidə və mədəniyyət ocağı yerlə-yeksan olundu. Ancaq bütün bu faciələr xalqın iradəsini sındıra bilmədi. Azərbaycan dövləti bu illərdə həm iqtisadi, həm də hərbi gücünü möhkəmləndirdi və nəhayət, 2020-ci ildə ədaləti bərpa etdi”.

Kamaləddin Qafarov bildirib ki, Cəbrayılın azad olunması müharibənin strateji gedişatını dəyişdi:

“Oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Düşmən burada möhkəm istehkamlar qurmuşdu, lakin əsgərlərimizin fədakarlığı sayəsində bu maneələr yarıldı. Cəbrayıl əməliyyatı ilə Ordumuz həm Zəngilan, Qubadlı, Laçın istiqamətində, həm də Xocavənd və Hadrut üzərində nəzarət üçün əlverişli mövqelər qazandı. Əslində, bu qələbə sonrakı həlledici mərhələlərin açarı oldu. Həmin gün Xudafərin körpüsündə qaldırılan üçrəngli bayraq isə Azərbaycan dövlətinin tarix qarşısında haqq savaşını təcəssüm etdirdi”.

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncamla 4 oktyabrın Cəbrayıl şəhəri günü elan olunması bu qələbənin əhəmiyyətini daha da artırır. Onun fikrincə, bu, həm də yeni dövrün başlanğıcıdır:

“Bu gün Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Araz Vadisi İqtisadi Zonası, sənaye parkları, müasir yollar, enerji layihələri rayonun gələcək inkişafına xidmət edir. İlk köç karvanının Cəbrayıla yola salınması isə Böyük Qayıdışın gerçəkliyə çevrildiyini göstərir. Artıq insanlar doğma torpaqlarına qayıdır, yeni evlər, məktəblər, mədəniyyət ocaqları tikilir. Bu, həm ədalətin, həm də həyatın qələbəsidir.

Cəbrayılın azad olunması yalnız bir şəhərin qurtuluşu deyildi. Bu hadisə Azərbaycan xalqının haqq səsinin, gücünün və birliyinin dünyaya nümayişi idi. 4 oktyabr bu mənada Cəbrayılın zəfər günü ilə yanaşı, həm də gələcək nəsillərin də milli qürur və dövlətçilik dərsi kimi daim yaddaşlarda qalacaqdır".

Tarix
2025.10.04 / 10:02
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

Prezident Danimarka səfərindən video paylaşdı

Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...

Tokayev Azərbaycana gəlir

Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla