Bakıda həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
10:40
| Ana səhifə Planet |
|
Boliviyanın Viaça şəhərindəki hərbi texnikanın təmiri mərkəzində güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə "Unitel" telekanalı məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər itkin düşüb, 59 insan isə yaralanıb.
Məlumata görə, yaralılardan altısı hərbçi, qalanları isə mülki şəxslərdir.
Xilasetmə qrupları hadisə yerində işləyir.
Boliviyanın müdafiə naziri Ernesto Xustinianonun sözlərinə görə, partlayış pirotexniki materialların saxlanıldığı sektorda baş verib.
Qeyd edək ki, zərbə dalğası yaxınlıqdakı evlərə də ziyan vurub.
|
Tarix
2026.09.05 / 10:05
|
Müəllif
Axar.az
|