Yuxarı

Putinin öz şərtləri var, ABŞ istəyinə nail ola bilməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin öz şərtləri var, ABŞ istəyinə nail ola bilməyəcək

Rusiya Ukraynadakı müharibəyə son qoymaq üçün razılaşma perspektivləri ilə bağlı pessimizm ifadə edir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq”in məlumatında deyilir.

Qeyd olunur ki, Amerika nümayəndələrinin yeni səfəri danışıqlar prosesini bərpa etmək üçün imkanların olub-olmadığını qiymətləndirmək məqsədi daşıyır. Beləliklə, Vaşinqton diplomatik kanalları yenidən açmağa çalışır, lakin tərəflərin əsas mövqelərini əhəmiyyətli dərəcədə dəyişdirməyə hazır olduqlarına dair hələlik heç bir əlamət yoxdur.

Eyni zamanda, Kremlə yaxın şəxslərin fikrincə, səfərlə bağlı gözləntilər olduqca aşağıdır, çünki Uitkoff və Kuşnerin Rusiyaya əvvəlki səfərlərində irəliləyiş əldə edilməyib və indi onların məqbul təkliflər gətirəcəyinə inanmaq üçün heç bir səbəb yoxdur.

Nəşrin anonim mənbələri qeyd edib ki, Prezident Vladimir Putin müharibəni yalnız öz şərtləri ilə bitirməyə hazırdır və Rusiyanın tələbləri daha da sərtləşir, çünki o, hərbi üstünlüyə malik olduğuna inanır.

Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenski amerikalı nümayəndələrin sentyabrın 6-da Kiyevə səfər edəcəyini təsdiqləyib.

Tarix
2026.09.05 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla