Yuxarı

Əsəd rejiminin törətdiyi dəhşətli faktlar üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd rejiminin törətdiyi dəhşətli faktlar üzə çıxdı

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hökuməti cinayətləri ört-basdır etmək üçün 2019-2021-ci illər arasında on minlərlə cəsədi gizli şəkildə kütləvi məzarlıqdan başqa yerə köçürüb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Kütləvi məzarlıq Dəməşqin şimal-şərqində yerləşən əl-Qutayfa bölgəsində olub. 2012-ci ildən Suriyada vətəndaş müharibəsi zamanı həbsxanalarda və hərbi xəstəxanalarda dünyasını dəyişən əsgər və məhbuslar orada dəfn edilir”, - məlumatda deyilib.

Agentlik peyk görüntülərində uzunluğu 15 ilə 160 metr arasında dəyişən 16 dəfn xəndəyi qeydə alıb:

“2018-ci ilin sonunda cəsədlərin köçürülməsi ideyası ortaya çıxıb. Bir neçə ildir ki, kütləvi repressiyalarda ittiham olunan Əsəd beynəlxalq imicini yaxşılaşdırmağa çalışırdı. 2019-cu ilin fevralından 2021-ci ilin aprelinə qədər, demək olar ki, hər həftə altı-səkkiz yük maşını əl-Qutayfadakı dəfn yerindən qalıqları Dumeyr şəhəri yaxınlığındakı səhraya, başlanğıc nöqtəsindən bir neçə kilometr aralıda yeni yerə daşıyıb. Peyk şəkilləri orada uzunluğu 20 ilə 125 metr arasında dəyişən ən azı 34 xəndək müəyyən edib, bu da sübutlara və ölçülərə əsasən on minlərlə insanın dəfn olunduğunu göstərə bilər. Qalıqların daşınmasının məqsədi əl-Qutayfadakı kütləvi məzarlığı təmizləmək və qətliamın izlərini ört-basdır etmək olub. Əsəd rejimi süqut edən zaman ərazidəki 16 xəndəyin hamısı boş idi. Əsəd rejimi dövründə 160 mindən çox insan yoxa çıxıb, onlar rejimin yaratdığı onlarla kütləvi məzarlıqda basdırılıb”.

Agentlik araşdırmasının nəticələrini Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara hökumətinə göndərib, lakin onun sorğusuna cavab verilməyib.

Tarix
2025.10.15 / 15:58
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İranın hərbi gəmiləri Azərbaycanda… - Foto

Şirkətlər "YeloBank"-dakı pullarını geri çəkdilər

Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

TRİPP layihəsi bütün bölgə üçün faydalı olacaq

Prezident Elina Valtoneni qəbul etdi - Foto

Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşdü

Azərbaycan son 22 ildə böyük uğurlar qazanıb

Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir...

Korrupsiyanı anladıq: bəs, vətənə xəyanət nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla