Yuxarı

Putin bunu belə görür, bu, onun düşüncə tərzidir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin bunu belə görür, bu, onun düşüncə tərzidir

Ukraynada müharibə yalnız o halda başa çata bilər ki, Putin hakimiyyətdən getsin. O, hakimiyyətdə qaldığı müddətcə müharibənin bitməsində maraqlı deyil.

Axar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko bildirib.

“O, Ukraynanın məhv edilməsinə aludə olub. Bu, onun üçün siyasi, bəlkə də fiziki sağqalmanın əsas məsələsidir. Putin bunu belə görür, bu onun düşüncə tərzidir.

Müharibəni dayandıra biləcək yeganə amil – Putinə qarşı dəhşətli təzyiqdir. O halda ki, onun başqa çıxış yolu qalmasın. Burada isə çox şey ABŞ-dan asılıdır. Amma əsas məsələ – siyasi iradədir, istəkdir. Təbii ki, bu da Trampın vəd etdiyi şeydir. Sadəcə, ardıcıl olmaq və verdiyi vədləri yerinə yetirmək lazımdır. "Cəbhə xətti boyunca qeyd-şərtsiz atəşkəs. Kim razılaşmırsa, o zaman mən sərt sanksiyalar tətbiq edirəm” – bu təklifə Ukrayna razılaşıb, Rusiya isə bir neçə dəfə razılaşmayıb.

Bəs haradadır o sanksiyalar, Ukraynaya silah haradadır? Əvvəlcə bu sual yaranır. Tramp başlayır deməyə ki, o, Ukraynaya “Tomahavk” raketləri verəcək və ya bəlkə də verəcək. Əgər sən bunu bütün dünyaya açıq şəkildə bəyan edirsənsə, o zaman bunu necəsə yerinə yetirmək lazımdır. Amma sonra deyir: “Raket özümüzə lazımdır”. Bu, ardıcıllıq deyil, bu, ciddi deyil.

Tramp bunu edə bilər, o, sülhü yaxınlaşdıra bilər, sadəcə ardıcıl olmalı və verdiyi vədləri yerinə yetirməlidir”, - Merejko qeyd edib.

Tarix
2025.10.21 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla