Yuxarı

Fransa İrəvana 300 milyonluq silah göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa İrəvana 300 milyonluq silah göndərdi

Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabata görə, 2023-2024-cü illərdə Ermənistan Fransa ilə 274 milyon avrodan çox dəyərində silah təchizatı müqavilələri imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə “Radio Free Europe” məlumat yayıb.

“Müdafiə sahəsində əməkdaşlığın şaxələndirilməsi çərçivəsində Ermənistan hərbi imkanlarını gücləndirmək və əhalinin təhlükəsizliyini təmin etmək üçün Fransaya müraciət etmək qərarına gəlib. Yeni avadanlıqların ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi sırf müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması erməni tərəfdaşları ilə daha sıx əlaqələr qurmağa və ən yaxşı əməkdaşlıq formalarını müəyyən etməyə imkan verir”, - hesabatda deyilir.

Hesabatda həmçinin bildirilir ki, Fransa Ermənistanı “Sezar” özüyeriyən haubitsaları, eləcə də onlar üçün 15 tank əleyhinə raket və buraxılış qurğusu ilə təchiz edir.

Qeyd olunur ki, 2022-ci ilə qədər Fransa Ermənistana demək olar ki, heç bir silah verməsə də, 2023-2024-cü illərdə quru qoşunlarının təchizatı üçün çoxsaylı müqavilə imzalanıb.

Tarix
2025.11.03 / 13:45
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla