Yuxarı

ABŞ icazə verdi: 3,5 milyardlıq raket satışı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ icazə verdi: 3,5 milyardlıq raket satışı...

Tramp Administrasiyası Almaniyaya 3,5 milyard dollar dəyərində raket satışına icazə verib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, Almaniya RTX şirkətinin istehsalı olan 173 ədəd “Standard Missile 6” (SM-6) və 577 ədəd “Standard Missile 2” (SM-2) raketləri ilə bağlı müvafiq avadanlıqları satın almaq üçün müraciət edib.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi (DSCA) açıqlamasında bildirib ki, sistemlər Almaniyaya cari və gələcək təhdidlərə cavab verməyə kömək edəcək.

Həmçinin vurğulanıb ki, bu addım Berlinin ABŞ və digər müttəfiq ordularla əməkdaşlıq imkanlarını artıracaq.

Nəşr yazır ki, daha əvvəl ABŞ rəsmiləri Brüsseldəki müttəfiqlərinə “güclü Avropanın Rusiyanı gələcək təcavüzlərdən çəkindirməli olduğunu bildirib.

Qeyd olunub ki, müttəfiqlər iyun ayında müdafiə xərclərini ümumilikdə 5 faizə, “sərt müdafiə” adlandırılan xərcləri isə 3,5 faizə çatdırmaq barədə razılığa gəliblər.

Tarix
2025.11.15 / 16:47
Müəllif
Samir Soltanov
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla