Yuxarı

Ukrayna bu qırıcıları alsa da, ciddi problemlə üzləşəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna bu qırıcıları alsa da, ciddi problemlə üzləşəcək

Ukraynanın Fransa və İsveç qırıcıları əsasında güclü hava qüvvələri yaratmaq planı ciddi problemlərlə üzləşə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşrindəki hesabatda bildirilib.

Nəşr bildirir ki, Ukrayna Hərbi Hava Qüvvələri hazırda MiQ-29, Su-25 və Su-27 kimi sovet dövründən qalma köhnə təyyarələrə arxalanır. Bununla belə, ABŞ-ın F-16-ları və məhdud sayda Fransız “Miraj 2000” qırıcıları da daxil olmaqla, Qərb təyyarələrindən də istifadə olunur.

“Qərb ölkələri pilot və mexanik hazırlığı ilə bağlı problemlərə görə qarışıq qırıcı donanma yaratmaqdan çəkinir. Bundan əlavə, ehtiyat hissələri bütün təyyarələrə uyğun gəlmir və tədarük zəncirlərinin və mexanik təlim kurslarının sayı artırılmalıdır”, - Parisdə yerləşən İFRİ təhlükəsizlik tədqiqat mərkəzinin direktoru Elie Tenenbaum vurğulayıb.

Tenenbaum deyib ki, əsas problem “Rafale” tərəfdaşlığının uzun vaxt aparacağı və döyüş meydanında fövqəladə vəziyyətlərə cavab verə bilməyəcəyidir.

Qeyd edək ki, noyabrın 17-də Ukrayna Prezidenti Vladimir Zelenski və fransalı həmkarı Emmanuel Makron 10 il ərzində 100-ə qədər “Rafale” qırıcı təyyarəsinin tədarükünə dair müqavilə imzalayıblar. Həmçinin bir neçə həftə əvvəl Kiyev İsveçlə 100-dən 150-dək “Qripen E” döyüş təyyarəsinin alınmasını nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalayıb.

Tarix
2025.11.19 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla