Yuxarı

Rusiya binanı vurdu: 26 ölü, 100-ə yaxın yaralı var - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya binanı vurdu: 26 ölü, 100-ə yaxın yaralı var - Video

2025.11.19 - 10:47

Noyabrın 19-da Rusiya ordusu Ukrayna ərazisinə, xüsusən də ölkənin qərb hissəsinə kütləvi hücum həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, raketlərdən biri Ternopol şəhərində yaşayış binasına düşüb.

“Ternopolla yanaşı, Lvov, Nikolayev və Burştində də partlayış səsləri eşidilib”, - məlumatda qeyd olunub.

***

Ternopolda yaşayış binasına endirilən raket zərbəsi nəticəsində 10 nəfər ölüb, 37 nəfər yaralanıb. Yaralananların 12-si uşaqdır.

Bunu Ukrayna daxili işlər naziri İqor Klimenko deyib.

Ukrayna mətbuatının yazdığına görə, zərbə X-101 raketi ilə endirilib.

***

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Ternopolda ölənlərin sayı 19-a çatıb.

“66 nəfər yaralanıb. Onlardan 16-sı uşaqdır. 45 nəfər dağıntılar altından sağ çıxarılıb”, - məlumatda qeyd olunub.

***

Ternopolda raket zərbəsi nəticəsində ölənlərin sayı 25-ə çatıb. Ölənlərdən 3-ü uşaqdır.

Məlumata görə, 15-i uşaq olmaqla 73 nəfər yaralanıb.

***

Ternopol şəhər Şurası baş verən faciə ilə bağlı noyabrın 19-dan 21-dək matəm elan edib.

***

Ternopol şəhərində üçü uşaq olmaqla 26 nəfərin Rusiyanın raket zərbəsi nəticəsində dağılan binada itkin düşdüyü bildirilir.

Bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko Teleqram hesabında məlumat verib.

Nazirin sözlərinə görə, xilasedicilər və polis gecə ərzində Ternopoldakı hadisə yerlərində axtarış, təmizləmə işlərini aparacaq:

“Qarşıda çox iş var. Əsas odur ki, dağıntılar altında ola biləcək hər kəs tapılsın. Bu gün axşam saatlarında dağılmış binada 26 nəfərin itkin düşməsi barədə məlumat var. Üçü uşaqdır. Axtarırıq”.

Qeyd edək ki, Rusiyanın zərbəsi nəticəsində 26 nəfərin öldüyü təsdiqlənib. Yüzə yaxın yaralı var. Binanın iki giriş blokunda mənzillər tam olaraq dağılıb.

Tarix
2025.11.20 / 00:42
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla