Yuxarı

Məhkəmə Japarovun təklifini rədd etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə Japarovun təklifini rədd etdi

Qırğızıstan Konstitusiya Məhkəməsi ölkə Prezidenti Sadır Japarovun uşaqlara qarşı ağır cinayətlərə görə ölüm hökmünün tətbiq edilməsinə imkan verən konstitusiyaya düzəliş təklifini rədd edib.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

“İnsan hüquqları və azadlıqları dövlətin təməl dəyəridir və onları zəiflətmək olmaz. Konstitusiya ölkənin hüquq sisteminin bir hissəsi olan beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət etməyi tələb edir. Bu baxımdan, qanun layihəsi referenduma təqdim edilə bilməz və təşəbbüsün həyata keçirilməsi ilə bağlı bütün prosedurlar dayandırılır”, - məlumatda deyilib.

Qeyd edək ki, oktyabrın 1-də Qırğızıstan Prezidenti Sadır Japarov uşaqlara təcavüz etmək, eləcə də qadınların təcavüzü və qətli üçün ölüm hökmünün tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanmasına göstəriş vermişdi. Bu qərarın səbəbi isə İssık-Kulda 17 yaşlı qızın vəhşicəsinə qətlə yetirilməsi olmuşdu.

Tarix
2025.12.11 / 13:50
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla