Yuxarı

Britaniya hazırdır: Hərbi kontingenti Ukraynaya göndərə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya hazırdır: Hərbi kontingenti Ukraynaya göndərə bilər

Böyük Britaniya Ukraynada mümkün atəşkəslə bağlı öz hərbi kontingentini bu ölkəyə göndərmək üçün hazırlıq işlərini başa çatdırır.

Axar.az xəbər verir ki, bu barədə “Paper” nəşri Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Böyük Britaniya Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi üçün hazırlıq tempini artırır, lazımi təchizatları alır və qüvvələrin yerləşdirilməsi planlarının işlənməsini yekunlaşdırır.

Rəsmi şəxslər hesab edirlər ki, sülh sazişi əvvəlkindən daha yaxın görünür, çünki amerikalı vasitəçilər Ukrayna tərəfindən dəstəklənən təklifi Kremlə təqdim etməyə hazırlaşırlar.

Portalın məlumatına görə, hazırda Böyük Britaniyanın Müdafiə Nazirliyi kontingentin nə qədər müddətə köçürüləcəyini müəyyənləşdirməyə çalışır və hərbçilərin potensial yerləşdiriləcəyi əraziləri seçir.

Qeyd olunur ki, bu proses logistikanın mürəkkəbliyi və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla, ətraflı planlaşdırma tələb edir. Ukraynanın dəstəklənməsində maraqlı olan ölkələr koalisiyasına daxil olan mənbələrdən biri bildirib:

“Bu planlar üzərində iş artıq uzun müddətdir aparılır və atəşkəsin real ehtimala çevrilməsi ilə hazırlıq tempi xeyli artıb, planlar isə daha konkret və detallı olub”.

Atəşkəsin uğurla əldə olunacağı təqdirdə, kontingentin köçürülməsi təkcə regionun təhlükəsizliyini möhkəmləndirməyə deyil, həm də gələcək bərpa və əməkdaşlıq üçün şərait yaratmağa imkan verəcək.

Tarix
2025.12.18 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla