Yuxarı

Qazaxıstan rus müxaliflərə siyasi sığınacaq vermədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan rus müxaliflərə siyasi sığınacaq vermədi

Qazaxıstan çeçen müxalifətçi və Sankt-Peterburqdan olan Navalnı tərəfdarı Mansur Mövlayev və Yuliya Yemelyanovaya siyasi sığınacaq verməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə qazaxıstanlı hüquq müdafiəçisi Murad Adam deyib.

Onun sözlərinə görə, fəalların sığınacaq üçün müəyyən meyarlara cavab vermədiyi aşkarlanıb.

Qeyd edək ki, Mansur Mövlayev 2025-ci ilin mayında Qazaxıstanda saxlanılıb. O, Rusiyada narkotik ittihamı ilə iki il həbs cəzası çəkib (fəalın sözlərinə görə, əsl səbəb onun çeçen müxalifətinin “Adat” hərəkatına yardım etməsi olub və təhlükəsizlik qüvvələri ona sadəcə olaraq iki ittiham seçməsini bildiriblər – narkotik maddə saxlamaq və ya silah saxlamaq).

Yuliya Yemelyanova isə 2025-ci ilin sentyabrında Qazaxıstanda hava limanında saxlanıb. Rusiya Daxili İşlər Nazirliyi onu taksi sürücüsünün telefonunu oğurlamaqda ittiham edərək axtarışa verib, lakin hüquq müdafiəçisi Marqarita Kuçuşeva bu işi uydurma adlandırıb və Yemelyanovanın təqibini onun Navalnının Sankt-Peterburqdakı qərargahında könüllü işləməsi ilə əlaqələndirib.

Tarix
2026.01.01 / 11:40
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla