Yuxarı

Bu, Trampın Putin üçün bir hədiyyəsidir - Bennett

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Trampın Putin üçün bir hədiyyəsidir - Bennett

ABŞ Prezidenti Donald Tramp Sülh Şurası yaradıb və ora artıq Rusiya Prezidenti Vladimir Putini dəvət edib. Qonşu ölkəyə qarşı işğalçı müharibə aparması onun “sülh hakimi” olmasına, görünür, maneə sayılmır.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus”un analitiki Ayvor Bennett yazıb.

“Əgər Donald Tramp bu ironiyanı dərk etmirsə, ukraynalılar onu mütləq görür. Təxminən dörd ilə yaxındır Rusiyanın raket hücumları altında yaşayan Kiyev, şübhəsiz ki, ABŞ prezidentinin Vladimir Putini Qəzza üzrə Sülh Şurasına qoşulmağa dəvət etməsinə hiddətlənəcək”, – deyə o bildirib.

Bennett qeyd edib ki, yeni yaradılmış Şura atəşkəsə nəzarət etməyi hədəfləyir. Halbuki Tramp Ukraynada məhz bunu əldə edə bilməyib:

"Moskva hələ də “tam sülh razılaşması olmadan heç bir atəşkəs yoxdur” mantrasına sadiq qalır. Kreml Ukraynanın hazırkı cəbhə xətti boyunca döyüşlərin dayandırılması ilə bağlı tələblərini də bundan sonra rədd etməkdə davam edir.

Donald Tramp Putini təcrid olunmuş bir fiqur kimi deyil, tərəfdaş kimi görür. Bu dəvət Avropada artıq artmaqda olan şübhələri daha da gücləndirəcək ki, sülh danışıqları məsələsində Vaşinqton əhəmiyyətli dərəcədə Moskvanın maraqlarına xidmət edir. Putin üçün isə bu, bir hədiyyədir – beynəlxalq təcriddən reabilitasiyaya doğru atılan daha bir addım”.

Tarix
2026.01.20 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla