Yuxarı

ABŞ rus neftini Hindistandan çıxarmağın yolunu tapdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ rus neftini Hindistandan çıxarmağın yolunu tapdı

ABŞ Hindistanın Rusiya neftinin idxalını əvəz edə bilməsi üçün onlara Venesuela neftinin satışını yenidən bərpa etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən yazıb.

Qeyd olunur ki, Hindistan ABŞ-ın buna görə tarifləri artırmasından sonra Rusiya xam neftinin alışını azaltmağa söz verib. Hindistan həmçinin yaxın aylarda Rusiya neftinin idxalını gündə bir neçə yüz min barrel azaltmağı planlaşdırır:

“ABŞ-ın Venesuela neftini Hindistana tədarük etməyə çalışması Vaşinqtonun Rusiyanın neft satışından əldə etdiyi gəlirləri azaltmaq istəyinin fonunda baş verir.

Hələlik məlum deyil ki, Venesuela nefti “Vitol” və ya “Trafigura” kimi xarici ticarət şirkətləri vasitəsilə satılacaq, yoxsa bunu birbaşa Venesuelanın dövlət neft şirkəti PDVSA həyata keçirəcək”.

Bildirilir ki, yanvar ayında Hindistan gündə təxminən 1,2 milyon barrel alırdı. Proqnozlara əsasən, alışlar fevralda təxminən gündə 1 milyon barrelə, martda isə 800 min barrelə qədər azalacaq.

Tarix
2026.02.01 / 09:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan və Türkiyədən unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla