Yuxarı

Makronun baş diplomatı Moskvada: Məqsəd nədir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronun baş diplomatı Moskvada: Məqsəd nədir?

Fransa Prezidenti Emmanuel Makronun baş diplomatı fevralın 3-də Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvada olub.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Makronun 2019-cu ildən bəri diplomatik şöbəsinə rəhbərlik edən Emmanuel Bonn Kremlin rəsmiləri ilə görüşüb. Mənbə əlavə təfərrüat verməyib, yalnız bildirib ki, məqsəd əsas məsələlər üzrə, ilk növbədə Ukrayna ilə bağlı dialoq aparmaqdır.

Fransanın baş naziri danışıqların keçirilməsi faktını nə təsdiqləyib, nə də təkzib edib, lakin belə deyib:

"Prezidentin dünən öz ofisində dediyi kimi, müzakirələr tam şəffaflıq şəraitində texniki səviyyədə aparılır və Prezident Zelenski, eləcə də əsas avropalı həmkarlarla məsləhətləşmə əsasında həyata keçirilir".

İki diplomatik mənbə bildirib ki, müttəfiqlər bu təşəbbüs barədə məlumatlandırılıb və Bonn Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla danışıqlar aparıb.

Tarix
2026.02.05 / 01:53
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla