Yuxarı

Rəhman iki həftədir yoxdir - Çində müalicə alır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəhman iki həftədir yoxdir - Çində müalicə alır?

Tacikistan Prezidenti İmaməli Rəhman iki həftədir naməlum xəstəlik səbəbi ilə Çində müalicə alır. Məlumat təsdiqlənsə, bu, səhhəti pisləşən Tacikistan liderinin müalicə üçün Rusiya və ya Qərb ölkəsi əvəzinə, birbaşa Çini seçdiyi ilk hal olacaq.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə "Eurasia.net" məlumat yayıb.

Mənbə bildirib ki, bu, Çinin Mərkəzi Asiya ölkələrində artan təsirinin növbəti göstəricisidir:

“Tacikistan prezidentinin rəsmi saytında yanvarın 28-də yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə çəkilmiş foto yerləşdirilib. Sonrakı 17 gün ərzində saytda yalnız 4 qısa xəbər yayımlanıb və heç birində video və ya foto yoxdur.

Yalnız fevralın 14-də Asiya İnfrastruktur İnvestisiya Bankının rəhbəri ilə əl sıxdığı foto paylaşılıb. Fevralın 16-da isə Rəhman Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev ilə Düşənbədə görüşüb".

“Radio Ozodlık” isə yazır ki, İ.Rəhman tibbi yardım almaq və günəş vannası qəbul etmək üçün Çinin Haynan adasındadır.

73 yaşlı prezidentin uzun illərdir yüksək qan təzyiqi və ürək çatışmazlığından əziyyət çəkdiyi də iddialar arasındadır.

Tarix
2026.02.17 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

Ruben Vardanyana hökm oxundu

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

Qaradağlı faciəsindən 34 il ötür

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla