Yuxarı

Rusiya Azərbaycana görə Markovu sıxışdırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycana görə Markovu sıxışdırır

Rusiya məhkəməsi politoloq Sergey Markovu “xarici agent” fəaliyyəti qaydalarını pozmaqda təqsirli bilərək 35 min rubl (770 manat) məbləğində cərimələyib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə politoloqun vəkili Aleksandr Moloxov məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə qərarı Rusiya İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 1-ci hissəsi üzrə çıxarılıb. Protokol Markovun Ədliyyə Nazirliyi müvafiq qərar qəbul etməzdən əvvəl özünün “xarici agent” reyestrinə daxil edilməsi ilə bağlı ərizə təqdim etməməsi səbəbilə tərtib olunub.

Vəkil bildirib ki, Markovun ictimai fəaliyyəti analitik, tənqidi və polemik xarakter daşıyır və onun sözlərinə görə, bu fəaliyyət xarici təsirə qarşı yönəlib.

Rusiya Ədliyyə Nazirliyi politoloqu 2025-ci ilin avqustunda xarici agentlər reyestrinə daxil edib. Qərar əsaslandırılarkən Markovun Rusiya hakimiyyəti barədə saxta məlumatlar yayması, xarici agentlər və arzuolunmaz təşkilatlarla əlaqəli kontentin hazırlanması və yayılmasında iştirakı iddia olunub.

Sergey Markov bu qərarı gözlənilməz adlandırıb. Politoloqun Kremlin qara siyahısına düşmə səbəblərdən biri onun Azərbaycanda keçirilən III Şuşa Qlobal Media Forumunda iştirakı ola bilər.

Tarix
2026.02.26 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla