Yuxarı

İranda ən pis ssenari bu ola bilər - Liberman

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda ən pis ssenari bu ola bilər - Liberman

Gözləntimiz bu rejimin devrilməsidir.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə, xarici işlər və maliyyə naziri Aviqdor Liberman "Azadlıq" radiosunun hazırda Təl-Əvivdə olan jurnalisti Rey Förlonqa deyib.

O, müharibənin "çox yaxşı" getdiyini bildirib, amma əsas məsələnin yekun nəticəyə bağlı olduğunu vurğulayıb.

"Hər gün vəhşiliklər görürük. Etirazlar zamanı da vəhşilikləri gördük. Məncə, bu, azad dünya üçün ən böyük çağırışdır. Uzun illər izah etməyə çalışırdıq ki, bu, təkcə bizim problemimiz deyil, bütün dünyanın problemidir. Düşünürəm ki, bu gün bu, artıq hamıya çox aydındır", – Liberman söyləyib.

Jurnalistin mümkün rejim dəyişikliyindən sonra yarana biləcək xaos barədə sualına cavabında o, Liviya, İraq və Suriyada yaşanan böyük qarışıqlığı xatırladıb:

“Bütün alternativlər arasında ən pis variant İranda molla rejiminin hakimiyyətdə qalmasıdır. Məncə, daha yaxşı imkanlar var, çox uğurlu olmasalar belə. Ən pis ssenari onların hakimiyyətdə qalmasıdır".

Tarix
2026.03.06 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla