Yuxarı

Yaxın Şərqdə gərginlik: Avropada qaz kəskin bahalaşdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərqdə gərginlik: Avropada qaz kəskin bahalaşdı

Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi səbəbindən Avropa bazarında təbii qazın qiyməti 2023-cü ilin yanvarından bəri ilk dəfə 1000 kubmetr üçün 800 dolları keçib.

Axar.az xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatlarında qeyd olunub.

Bildirilib ki, bu tendensiya neft qiymətlərinin artması və Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda müşahidə edilir.

Niderlanddakı TTF mərkəzində aprel ayına çatdırılma ilə qazın dəyəri 1 000 kubmetr üçün təxminən 820 dollara, yəni MVt/saat üçün 68.635 avroya yüksəlib (hazırkı məzənnəyə uyğun olaraq, ICE-də qiymətlər MVt/saat üçün avro ilə hesablanır).

Günün əvvəlindən kotirovkaların artımı 27%-i keçib.

Qeyd edək ki, daha əvvəl Avropa birjasında mavi yanacağın qiymətinin 1 000 kubmetr üçün 750 dolları keçdiyi barədə məlumat verilmişdi.

Tarix
2026.03.09 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla