Yuxarı

Xameneyi: “Səudiyyə hakimiyyəti şərəfsizdir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xameneyi: “Səudiyyə hakimiyyəti şərəfsizdir”

İranlıların Həcc ziyarətinə yasaq qoyulmasının ardınca ölkənin ali rəhbəri Səudiyyə Ərəbistanını kəskin tənqid edib.

Axar.az BBC-yə istinadən xəbər verir ki, Ayətullah Əli Xamenei İslamın ən müqəddəs ocağının Səudiyyə Ərəbistanından alınacağını deyib:

"İmanlı İran xalqının Allahın məkanına ziyarətini yasaqlayan Səudiyyə hakimiyyəti şərəfsizdir. Səudiyyənin hakimləri taxt-taclarını dünyanın lovğa güclərini dəstəkləməklə, sionizm və ABŞ-la müttəfiq olmaqla qoruyur".

"Deyli Meyl"in məlumatına görə, son 30 ildə İran zəvvarlarının Səudiyyəyə gəlişinə ilk dəfə qadağa qoyulur.

"İki regional güc - İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər xüsusilə Suriya və Yəmən münaqişələrinə görə son dərəcə gərginləşib. Riyad və Tehran arasında buna bənzər söz çəkişməsi bir dəfə də 1987-ci ildə baş verib. O zaman Məkkədə ABŞ-a qarşı aksiya keçirən iranlı zəvvarlarla Səudiyyənin təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmada 400 nəfər həlak olmuşdu. O toqquşmadan sonra iranlıların Məkkəyə gəlişi 4 il qadağan olunmuşdu", - məqalədə qeyd olunub.

Xatırladaq ki, ötən il baş tutan Həcc ziyarəti zamanı 464 iranlı da daxil 2300 zəvvar basabasda həlak olmuşdu. Daha sonra bu ilin yanvarında şiə din xadimi Şeyx Nimr Baqir Nimrin edam edilməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib.

Tarix
2016.09.06 / 16:40
Müəllif
Hacı Qulu
Digər xəbərlər

300 min azərbaycanlının qayıdışından kim danışır?

İlham Əliyev Qazaxıstana getdi - Foto

Szinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Ukraynanın ölkəmizdəki səfirliyi bayraqları endirdi

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla