Yuxarı

Trampın "bu gecə məhv olacaq" hədəsi - Nə baş verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın "bu gecə məhv olacaq" hədəsi - Nə baş verir?

Tramp “bu gecə qədim bir sivilizasiya məhv olacaq, bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək” təhdidi ilə İrana son xəbərdarlığını etsə də, vəziyyətin dəyişəcəyi gözlənilmir. Çünki tərəfləri uzlaşmadan uzaqlaşdıran amillər qalır.

Birincisi, mövcud situasiyadır;

- Hörmüz boğazına təsir imkanları ilə ABŞ-ı çətin vəziyyətə salan İran müharibəni davam etdirmək və “sərfəli anlaşma” əldə etmək imkanlarını saxlayır;

- Hərbi üstünlüyə malik olan ABŞ və İsrail Tehranı təslim olmağa məcbur etmək üçün davamlı zərbələrlə yanaşı, digər variantları da nəzərdən keçirir;

İkincisi, tələblərdir;

- ABŞ İrana sanksiyaların ləğvi və nəzarətində olacaq mülki nüvə proqramından başqa heç bir güzəşt tanımır, təslimiyyət xarakterli şərtlərini davam etdirir;

- İran Hörmüz boğazında imtiyazlarının tanınmasını, təzminatın ödənilməsini, proksi qüvvələrin toxunulmazlığı kimi qəbul edilməsi çətin görünən şərtlər irəli sürür.

Vaşinqton bu gün axşama qədər İrandan cavab gözlədiyini bəyan etsə də, Tehranın 10 maddəlik tələblə cavab verdiyi, əvvəlki mövqeyində qaldığı haqda məlumatlar var.

Bu, Tranpın “çərşənbə axşamı” xəbərdarlığının reallaşmasına saatların qalması deməkdir. Gün ərzində İrandan gələn məlumatlar bu kontekstdə diqqət çəkir: Döyüş təyyarələrinin Tehranın üzərində aşağı məsafədən uçduğu haqda məlumatlar var; Kərəc, Kaşan, Təbriz, Tehran və Zəncan şəhərlərində dəmir yolu xətləri dağıdılıb, o cümlədən, müxtəlif bölgələrdə avtomobil körpüləri hücuma məruz qalıb; Məşhəd dəmir yolu stansiyasında səfərlər təxirə salınıb.

İranın infrastruktur obyektlərinə hücumlar başlanıb və istisna deyil ki, bu hücumlar Tehranı son saata qədər geri çəkilməyə məcbur etmək məqsədi daşıyır. İranın cavabı dəyişməyəcəyi təqdirdə, elektrik stansiyaları da daxil olmaqla, infrastrukturun dağıdılmasına hesablanmış genişmiqyaslı hücum həyata keçiriləcək.

Vaşinqton günün sonunda İranın təslim olmasını istəsə də, infrastrukturun, xüsusilə elektrik stansiyalarının sıradan çıxarılmasının rejimin hərbi cavab imkanlarına ciddi təsir göstərəcəyi gözləntisi azdır. Çünki İran ordusu əsasən dizel və reaktiv yanacaqdan istifadə edir. Bu halda əziyyət çəkən tərəfin İran xalqı olacağı aydındır.

SEPAH-ın “əvvəlki təmkin başa çatdı, ABŞ və onun tərəfdaşlarının infrastrukturuna qarşı elə addımlar atılacaq ki, bu, onları uzun illər regionun neft və qaz resurslarından məhrum edə bilər” xəbərdarlığı isə İranın region ölkələrinə növbəti hücum dalğasına hazırlaşdığından xəbər verir.

Proseslər müharibənin daha şiddətli olacaq növbəti mərhələsinin bu gecə başlaya biləcəyini göstərir.

P.S. Trampın İrana verdiyi vaxt bu gün yerli vaxtla 20:00-da (8 aprel saat 04:00) başa çatır.

Tarix
2026.04.07 / 19:56
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla