Yuxarı

Qonşuda yanacaq bahalaşdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşuda yanacaq bahalaşdı

Gürcüstanda yanacaq yenidən bahalaşıb. Xüsusilə, bəzi brend yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın qiyməti son bir həftədə 20–30 tetri, mart ayından bəri isə 1 lari 24 tetri (50 sent) artıb.

Axar.az Unikal-a istinadən xəbər verir ki, qiymət artımı Yaxın Şərqdə baş verən münaqişə fonunda son iki ay ərzində mütəmadi olaraq davam edir.

Müxtəlif yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti 4,19-4,37 lari arasında dəyişir. Bu qiymət mart ayının 7-dən bəri ən yüksək göstəricidir. Martın 7-də qiymət 3,13 lari olub və qiymət artımı 1,24 lari təşkil edib.

Benzinin qiyməti isə 3,29-3,79 lari arasında dəyişir.

Xatırladaq ki, bu ilin fevralın 28-dən etibarən Yaxın Şərqdəki hadisələr səbəbindən Hörmüz boğazı vasitəsilə daşımalar çətinləşib.

Analitiklərin qiymətləndirməsinə görə, Hörmüz boğazı tam açılsa belə, neft tədarük zəncirlərinin normallaşması aylar çəkə bilər və bu səbəbdən qlobal enerji bazarlarında qiymət artımı davam edəcək.

Tarix
2026.05.07 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla