Yuxarı

Medvedyev Ermənistanı sərt tənqid etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Medvedyev Ermənistanı sərt tənqid etdi

İrəvan eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakın üstünlüklərini qorumağa və Avropa Birliyi (AB) ilə münasibətləri inkişaf etdirməyə çalışır.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün "Max" kanalında Ermənistan hakimiyyətinin AB ilə yaxınlaşma kursunu tənqid edərək bildirib.

Medvedyev qeyd edib ki, iki stulda oturmağa çalışanlar ağrılı şəkildə yerə yıxılmaq riski ilə üzləşirlər:

“Görünür, Nikol ləqəbli bir şəxs yaxın gələcəkdə məhz bunu etməyi planlaşdırır. O, Aİİ-də iştirakın bütün üstünlüklərini qorumağa çalışarkən, öz supergücünü israrla AB-yə sürükləyir. Ermənistan hakimiyyəti AB ilə münasibətləri dərinləşdirməklə bərabər, Rusiya qazının cari qiymətlərini də qoruyub saxlamağı gözləyir. Rusiya xaricdəki "tərəfdaş"ı üçün min kubmetrə 177.5 dollar olan cari qaz qiymətlərini saxlamağa borcludur”.

Medvedyev əlavə qeyd edib ki, 2026-cı ilin may ayında Avropa qaz birjalarının qiymətləri min kubmetr üçün 570-590 dollar olub:

"Hamıya aydındır ki, Avropadaki qaz qiymətlərinə keçid olsa, A ölkəsinin insanları bu kişini iylənmiş əskilərlə döyə-döyə birbaşa Parisdəki istəkli dostunun (Fransa Prezidenti Emmanuel Makronun - red.) yanına qədər qovacaqlar. Ona görə də hamının xoşuna gəlmək üçün belə addım atmalı olur".

Qeyd edək ki, son günlər Paşinyanla bağlı həm ölkə daxilində, həm də xaricində tənqidi fikirlər səsləndirilir. Paşinyanın seçki kampaniyası vaxtı etdiyi hərəkətlər hazırkı baş naziri gülünc vəziyyətə qoyub.

Tarix
2026.05.23 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla