Yuxarı

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Suriya və İraqın təhlükəsizlik qurumlarının birgə keçirdiyi əməliyyat nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, şəbəkə üzvləri saxlanılıb.

Axar.az xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, Xüms və Deyr əz-Zor vilayətlərində eyni vaxtda həyata keçirilən əməliyyat zamanı 800 min ədəd kaptaqon həbi və 60 kiloqram həşiş müsadirə olunub.

İraqın Narkotiklər və Psixotrop Maddələr üzrə Baş İdarəsi isə bildirib ki, əməliyyat nəticəsində, həmçinin doqquz iri narkotik alverçisinin daxil olduğu beynəlxalq şəbəkə dağıdılıb və 200 kiloqram müxtəlif növ narkotik maddə ələ keçirilib.

Tərəflər əməliyyatın iki ölkə arasında yüksək səviyyəli koordinasiya və kəşfiyyat əməkdaşlığı nəticəsində həyata keçirildiyini vurğulayıblar.

BMT-nin məlumatına görə, Suriya 2025-ci ildə narkotik istehsal edən 15 laboratoriyanı və 13 kiçik anbarı məhv edib.

Tarix
2026.06.16 / 01:20
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla