Yuxarı

Müğənni 13 il əvvəl ölüb, yerinə bənzəri gətirilib - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənni 13 il əvvəl ölüb, yerinə bənzəri gətirilib - İddia

Müğənni Avril Lavinlə bağlı gözlənilməz iddia yayılıb.

Axşam.az-ın məlumatına görə, 32 yaşlı ifaçının ölüm xəbəri gündəmi qarışdırıb. Rok sənətçisinin fanatları onun əslində 2003-cü ildə evində öldüyünü, lakin bunun mediadan gizlədildiyini iddia edirlər. Onların fikrincə, hazırda özünü A.Lavin kimi təqdim edən qadın ona əkizi qədər bənzəyən Melissa Vandelladır.

Bu iddia illər əvvəl də səsləndirilib, lakin son günlər bəzi faktlar bu mülahizəni gücləndirib. Belə ki, 32 yaşını qeyd edən Avrilin əvvəlkinə bənzəmədiyi, üzündəki çillərin fərqli olduğunu, burnunun fərqli forması diqqət çəkib.

Lavinin 2003-cü ildə babasının ölümü, heç bir albomunun ilk albomu kimi uğurlu olmaması, laym xəstəliyinə yoluxması səbəbindən depressiyaya düşüb intihar etdiyi söylənilir. Lakin menecerlerin onun adından pul qazanmaq istəyi müğənninin ölümünü arxa plana atıb və ortaya saxta "Avril" çıxıb.

Qeyd edək ki, eyni iddia "Bitls" qrupunun üzvü Paul Makkartni üçün də söylənilmişdi. Onun öldüyü, yerinə başqasının gətirildiyi xəbərləri yayılmışdı.

Tarix
2016.10.01 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla