Yuxarı

Rusiyaya zərbələr gücləndirilməlidir - Stubb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya zərbələr gücləndirilməlidir - Stubb

NATO liderləri Rusiyanı yenidən danışıqlar masasına qaytarmaq məqsədilə Ukraynanın Rusiyanın dərinliklərinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələrin gücləndirilməsini dəstəkləyirlər.

Axar.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.

Stubbun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə etməklə münaqişəni genişləndirə biləcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, Ukraynanın hərbi kampaniyası ABŞ-ın müharibəyə dair strateji baxışını dəyişib və Kiyevin danışıqlardakı mövqeyini gücləndirib.

"Düşünürəm ki, NATO-nun bütün liderləri Ukraynanın bunu niyə etdiyini başa düşür. Hamı hesab edir ki, Rusiyaya təzyiqi daha da artırmaq lazımdır.

Ukrayna ilə bağlı hazırda kifayət qədər əlverişli vəziyyətdəyik. Çünki hamı, o cümlədən amerikalı dostlarımız görür ki, Ukrayna hazırda döyüş meydanında üstünlük nümayiş etdirir. Bu, hətta sülh prosesində vasitəçi olmağa çalışanların da strateji düşüncəsini dəyişib. Ukrayna müharibənin əvvəlindən bəri hərbi, siyasi və maliyyə baxımından indiyədək ən güclü mövqedədir. Məhz buna görə də hazırda Rusiyada xeyli narahatedici proseslər müşahidə olunur", – deyə Stubb söyləyib.

Tarix
2026.07.07 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla