Yuxarı

İsrail kəşfiyyat başçısından şok etiraf

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail kəşfiyyat başçısından şok etiraf

Türkiyənin mühasirə altındakı Qəzzaya yardım aparan "Mavi Mərmərə" gəmisinə Aralıq dənizində təşkil edilən hücuma görə İsrail hərbi kəşfiyyat başçısı Amos Yadlin münasibət bildirib və "Mavi Mərmərə"də yaşananalar böyük səhv idi" deyib.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, 2010-ci ilin 31 mayında İsrailin mühasirəsi altında olan Qəzzaya qida, dərman və inşaat vəsaiti daşıyan "Mavi Mərmərə" gəmisinə beynəlxalq sularda hərbi hücumun təşkilatçılarından biri, o vaxt Hərbi Kəşfiyyat rəhbəri, indi təqaüddə olan general Amos Yadlin 3 ildən sonra susqunluğunu pozması maraqlıdır.

Xatırladaq ki, İsrail sözügedən silahlı müdaxilədən sonra üzr istəsə də, İsrail-Türkiyə münasibətləri hələ də gərgin olaraq qalır.

Hücum səhv idi

Silahsız 9 türk aktivistin ölümü, 50-dən çox adamın yaralandığı həmin hücumla bağlı Türkiyə Məhkəməsində mühakimə olunan Yadlin, ""Mavi Mərmərə"də yaşananalar böyük səhv idi. İki tərəfdə də səhvlər vardı. Kaş ki, olanlar heç yaşanmasaydı",- deyə bildirib.

"Eyni şeylər bu gün olsa, yenə eyni şeyləri edərdinizmi?" sualına Yadlinin cavabı belə olub: "Yaşanan təcrübələr insana həmişə nə isə qazandırır. Bu təcrübələrlə o yaşanan hadisələr olmazdı".

İsrail "üzr" istəmişdi

Bütün dünyanın canlı yayımla izlədiyi hücumda aralarında 19 yaşlı Furqan adlı uşağın da olduğu 9 türk aktivist ölüb, 50-dən çox adam yaralanmışdı. Hadisədən sonra dünyanın bir çox ölkəsindən İsrailə tənqidlər yağdırılmışdı. İsrail keçən martda "üzr" istəyib "təzminat" ödəyəcəyini açıqlamışdı. Ancaq aradan bu qədər vaxt keçsə də, hələ ki, heç bir "təzminat" ödənməyib.

Tarix
2013.11.06 / 09:46
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla