Yuxarı

Polşa müharibəyə hazırlaşır? - Proses başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşa müharibəyə hazırlaşır? - Proses başladı

Polşanın yeni hüquqi mexanizmi sülh dövründə dövlətin fəaliyyəti ilə hərbi vəziyyətin rəsmi elan edilməsi arasındakı boşluğu aradan qaldırmalı idi. Söhbət, ilk növbədə, qoşunların köçürülməsi, infrastrukturun hazırlanması və müttəfiq qüvvələrin qəbul edilməsi ilə bağlı prosedurların vaxtından əvvəl başladılması imkanından gedir.

Axar.az xəbər verir ki, bu barədə “Defence 24” məlumat yayıb.

“Biz bunun üzərində də işləyirik. Detallara varmaq istəmirəm. Layihədə bu, “dövlətin müharibəyə tam hazırlıq vəziyyəti” adlandırılır”, – Polşanın milli müdafiə nazirinin müşaviri Maçiej Samsonoviç bildirib.

Onun sözlərinə görə, layihə hələlik daxili incələnmə mərhələsindədir. Normativ aktlar lazımsız gecikmələr olmadan hazırlanmalıdır, lakin detallar razılaşdırma prosesi başa çatdıqdan sonra açıqlanacaq.

Nəşr qeyd edib ki, Polşa Müdafiə Nazirliyi paralel olaraq müdafiə, hərbi mobillik və qoşunların yerdəyişməsi baxımından strateji əhəmiyyət daşıyan investisiyalar haqqında qanun layihəsi üzərində də işləyir.

Ən mühüm istiqamətlərdən biri qoşunların yerdəyişməsi ilə bağlı səlahiyyətlərin tənzimlənməsi olmalıdır. Təhlükənin kəskin artacağı təqdirdə, Silahlı Qüvvələrə münaqişə başlamazdan əvvəl hərbi kolonların hərəkətinə nəzarət və daşımaların koordinasiyası üçün daha geniş imkanlar verilməlidir.

Tarix
2026.07.17 / 02:15
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla