Yuxarı

Vəhhabilər namaz qılan azərbaycanlılara hücum etdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.

Lent.az-ın məlumatına görə, bu gün 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhhabi təriqətinə aid şəxslər hücum edib.

Onlar qapıları sındıraraq məscidə daxil olub, namaz qılan şiələri döyməyə başlayıblar. Məscidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.

Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb.

Bundan sonra hadisə yerinə 50-dək xüsusi təyinatlı polis dəstəsi gəlib. Polis əməkdaşları Moskva "Əhli Beyt" cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.

Hazırda məsciddə gərginlik davam edir. Hücum edənlər insidentdən sonra hadisə yerindən uzaqlaşıblar.

Tarix
2016.10.05 / 00:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla