Yuxarı

Nazarbayev Keyki batırın başını vətənə qaytardı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Astanaya Moskvadan xüsusi reyslə 1916-cı ildə Qazaxıstanda başlamış milli azadlıq hərəkatının əsas liderlərindən olan Nurmaqambet Kokembayulının (Keyki batır ləqəbi ilə məşhurdur – red.) kəllə sümüyü göndərilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi yayıb.

Qeyd edək ki, Keyki batırın qalıqlarının öz ölkəsinə qaytarılmasını avqustda Soçidə Rusiya Baş naziri Dmitri Medvedyevlə görüşü zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xahiş edib.

Keyki batır 1916-cı ildə başlayan Torqay üsyanının əsas lideri olub. 1917-ci ildə Rusiyada baş tutan inqilabdan sonra Keyki batır çar hökuməti kimi bolşeviklərin də hakimiyyətini tanımayıb və Qazaxıstanın bütövlüyü uğrunda onlara qarşı mübarizə aparıb. 1923-cü ildə Keyki batır Qızıl Ordu tərəfindən ələ keçirilib. Sonradan bolşeviklər onun başını və əllərini kəsiblər. Xalq qəhrəmanının başı və əlləri məhz bolşeviklər tərəfindən daha sonra Orenburqa aparılır.

Keyki batırın başsız qalan bədəni isə hamilə olan həyat yoldaşı və qardaşının cəsədlərinin yanına yerləşdirilib. Onların necə dəfn edilsi indiyə qədər heç kimə bəlli deyil.

Tarix
2016.10.06 / 12:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı – Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla