Yuxarı

Əsədin “işgəncə maşını”nın başçısı qonşu ölkədə üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədin “işgəncə maşını”nın başçısı qonşu ölkədə üzə çıxdı

Bəşər Əsəd hakimiyyəti dövründə Suriyanın ən yüksək vəzifəli təhlükəsizlik rəsmilərindən biri olmuş Hüssam Lukanın Rusiyada gizləndiyi ehtimal edilir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, BBC-nin araşdırmasına görə, Suriya kəşfiyyatına rəhbərlik etmiş Luka 2024-cü ilin dekabrında Əsəd hakimiyyətinin devrilməsindən sonra yoxa çıxıb.

BBC jurnalistləri Hüssam Luka ilə Rusiyaya məxsus telefon nömrəsi vasitəsilə əlaqə yarada biliblər. Bundan başqa, Luka ilə əlaqələndirilən daha bir telefon nömrəsinin Moskva vilayətində olduğu müəyyən edilib.

Keçmiş kəşfiyyat rəhbəri jurnalistlərlə görüşməkdən imtina edib. Luka bunu öz təhlükəsizliyindən ehtiyat etməsi ilə əsaslandırıb.

BBC-nin mənbəsinin məlumatına görə, Luka Suriyadan qaçdıqdan sonra başqa adla verilmiş Rusiya pasportundan istifadə edərək Livana daxil olmuş ola bilər.

Suriya hakimiyyəti Hüssam Lukanı Əsəd dövründə törədildiyi bildirilən çoxsaylı ağır cinayətlərdə, o cümlədən qətllər və işgəncələrdə ittiham edir.

Luka Bəşər Əsəd hakimiyyəti illərində Suriyanın təhlükəsizlik aparatında bir sıra yüksək vəzifələr tutub. O, 2019-cu ildən Baş Təhlükəsizlik İdarəsinə rəhbərlik edib və Əsəd hakimiyyətinin əsas təhlükəsizlik fiqurlarından biri hesab olunub.

2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra Əsəd özü də ailəsi ilə birlikdə Rusiyaya gedib. İndi isə onun təhlükəsizlik aparatının ən nüfuzlu simalarından biri olmuş Hüssam Lukanın da Rusiyada gizlənə biləcəyi bildirilir.

Tarix
2026.08.09 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla