Yuxarı

Trampa sui-qəsd təhdidi: Türkiyədən belə qaçdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampa sui-qəsd təhdidi: Türkiyədən belə qaçdı - Video

ABŞ Prezidenti Donald Tramp İranın sui-qəsd təhdidindən sonra Ankarada keçirilən NATO sammitindən gizli yolla ayrılıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“Tramp Türkiyəyə Qətərin hədiyyə etdiyi yeni “Boinq 747-8” təyyarəsi ilə gəlmişdi. Bu, həmin təyyarənin ABŞ prezidentinin beynəlxalq səfərində ilk istifadəsi idi.

Lakin geri dönüş zamanı Tramp əvvəlcə kameralar qarşısında köhnə “Air Force One” təyyarəsinə minib. O, bu təyyarədə uçmaq istədiyini və bunu köhnə günlərin xatirinə etdiyini bildirib.

Ancaq Tramp və bir neçə köməkçisi təyyarəyə mindikdən cəmi bir neçə dəqiqə sonra media nümayəndələrindən gizlicə digər təyyarəyə keçirilib. Məlumata görə, onlar hava limanında istifadə olunan iaşə yük maşınının köməyi ilə təyyarənin media nümayəndələrinin görmədiyi digər tərəfindəki qapıya çatdırılıb və oradan daha kiçik C-32A tipli təyyarəyə - modifikasiya edilmiş “Boinq 757”yə keçirilib.

Məlumata görə, təyyarədə olan jurnalistlər və bəzi Ağ Ev əməkdaşları Trampın artıq həmin təyyarədə olmadığından xəbərsiz olublar.

Hər iki təyyarə Böyük Britaniyadakı “RAF Mildenhall” aviabazasına bir-birindən cəmi bir neçə dəqiqə fərqlə enib”, - məlumatda qeyd olunub.

Tarix
2026.08.11 / 10:41
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla