Yuxarı

Ronaldo Corcinadan boşansa, hər ay 100 min ödəyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ronaldo Corcinadan boşansa, hər ay 100 min ödəyəcək

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo Corcina Rodrigesdən boşanacağı təqdirdə ona hər ay 100 min avro ödəyəcək.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Cütlüyün bağladığı nikah müqaviləsində belə bir bənd nəzərdə tutulub. Razılaşmaya əsasən, ödəniş Corcinaya ömürlük veriləcək.

Mənbənin məlumatına görə, münasibətlərə son qoyulacağı halda, Corcina həmçinin Madridin nüfuzlu La Finka yaşayış kompleksində yerləşən, dəyəri bir neçə milyon avro olan malikanənin mülkiyyət hüququnu əldə edəcək.

Bildirilib ki, Ronaldonun və Corcinanın nikah müqaviləsi bağlamaqda əsas məqsədi mümkün boşanma zamanı uşaqlarının rifahını təmin etməkdir. Cütlük bununla uşaqların psixoloji vəziyyətinə və şəxsi həyatlarının toxunulmazlığına təsir edə biləcək uzunmüddətli hüquqi mübahisələrdən yayınmaq istəyir.

Razılaşmada Corcina yalnız maddi təminat alan tərəf kimi deyil, həm də ailə həyatına mühüm töhfə verən tərəfdaş kimi göstərilib.

Tarix
2026.08.15 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla