Yuxarı

Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!

Rusiya Prezidenti Vladimir Putin çıxılmaz vəziyyətdə qalıb, lakin zəifliyini göstərməkdən qorxur. O, Donbası tam ələ keçirmədən müharibənin başa çatdırılmasını təkcə hakimiyyəti üçün deyil, həm də həyatı üçün təhlükə hesab edir.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” məlumat yayıb.

“Putin yaxınlarına “Məni asacaqlar” deyib. O, yay aylarında bir neçə həftəlik düşüncələrdən sonra müharibəni dayandırmamaq və əksinə, qarşıdurmada gərginliyi daha da artırmaq qərarına gəlib. Putinin əsas problemi böyük itkilər fonunda nəzərəçarpacaq nəticənin olmamasıdır. Müharibə uzanır, Ukrayna dronları Rusiyanın ərazisinin daha dərinliklərinə girir, normal həyat hissi isə tədricən yox olur. Rusiyada narazılıq artır. Elita arasında isə əhval-ruhiyyə daha da bədbindir. Buna görə də Kreml eyni vaxtda bir neçə istiqamətdə addımlar ata bilər: Ukraynaya zərbələri gücləndirmək, Avropaya qarşı diversiyaları və hibrid müharibəni genişləndirmək, həmçinin yeni səfərbərlik elan etmədən cəbhəyə daha 300–400 min nəfər göndərmək. Lakin Putin başa düşmür ki, eskalasiya onun heç bir problemini həll etməyəcək, əksinə müharibənin xərclərini artıracaq və sistemi daha da qeyri-sabitləşdirə bilər”, - məlumatda deyilib.

Tarix
2026.08.31 / 13:27
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla