Yuxarı

ABŞ-dakı hədəfləri vura bilərik - SEPAH

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dakı hədəfləri vura bilərik - SEPAH

İran Silahlı Qüvvələri hazırda ənənəvi döyüş üsullarından istifadə edir və asimmetrik taktikalara keçməyə ehtiyac görmür. Lakin zərurət yaranacağı təqdirdə münaqişə birbaşa ABŞ ərazisinə daşına bilər.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəğdi Livanın “Əl-Mayadin” telekanalına müsahibəsində bildirib.

“Biz hazırda asimmetrik deyil, ənənəvi müharibə aparırıq”, – deyə Nəğdi qeyd edib.

Onun sözlərinə görə, İran indiyədək bütün hərbi imkanlarından tam istifadə etmədən raket və dronlar vasitəsilə öz təhlükəsizliyini təmin edə bilib.

Nəğdi bununla belə, vəziyyətin dəyişə biləcəyinə işarə edib. O bildirib ki, asimmetrik müharibəyə keçid ABŞ ərazisində, o cümlədən Voll Strit və Manhettendə hədəflərin vurulmasını nəzərdə tuta bilər.

“İstənilən yerdə və istənilən vaxt, indiyədək istifadə olunmamış imkanlardan yararlanaraq müharibə aparmaq mümkündür. İndiyədək buna ehtiyac olmayıb”, – deyə Nəğdi vurğulayıb.

Açıqlama ABŞ-İran münasibətlərində gərginliyin artdığı bir vaxtda səslənib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını açıqlayıb və Tehranı görünməmiş səviyyədə təcrid etməyə çalışdıqlarını bildirib.

Tarix
2026.09.01 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla