Yuxarı

İsrail YUNESKO ilə əməkdaşlığını dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail YUNESKO ilə əməkdaşlığını dayandırdı

İsrail YUNESKO ilə əməkdaşlığını dayandırıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Təhsil naziri Naftali Bennet söyləyib. O, YUNESKO-nu Qüdsün yəhudilərlə minillik əlaqəsinə göz yummaqda və "islam terroru"na dəstək verməkdə günahlandırıb.

Qeyd edək ki, bu gün YUNESKO Məbəd dağının yəhudilərlə heç bir əlaqəsi olmaması haqqında qərar verib. Qətnaməyə əsasən Məbəd dağı daha çox islamla bağlıdır və İsrail müsəlmanlarının bu ərazidə ibadətinə mane olur.

Məbəd dağı ətrafında uzun illərdir yəhudilərlə müsəlmanlar arasında mübahisə gedir. Yəhudilər buranı özlərinin müqəddəs məkanı hesab edirlər. Müsəlmanlar məhz bu ərazidə Əksa məscidi yerləşdiyi üçün Məbəd dağının özlərinə məxsus olduğunu bildirirlər.

Tarix
2016.10.14 / 17:48
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla