Yuxarı

Bu şəhərdə 2 manata ev satılır... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəhərdə 2 manata ev satılır... - Foto

Mətbuatda tez-tez “filan ölkədə 1 avroya, 1 dollara evlər satılır” xəbərlərini görmüsünüz. Belə xəbərlər tez-tez İtaliya haqqında çıxır - ən son belə xəbər İtaliyanın Siciliya adasındakı tarixi Naro şəhəri barədə olub, tərk edilmiş evləri cəmi 1 avroya satışa çıxararaq, yeni sakinlərin cəlbinə çalışılıb.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bir avroluq evlər həm İtaliya vətəndaşları, həm də xaricilər üçün əlçatandır:

“Müraciətlər Naro bələdiyyəsinin layihə üçün yaratdığı onlayn platforma vasitəsilə həyata keçirilir. Siyahıya alınan əmlakların böyük hissəsi təmirə ehtiyacı olan və ciddi bərpa işləri tələb edilən evlərdir. Alıcı evin təmir və yenidənqurma xərclərini özü qarşılamalıdır. Evin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi zamanı təhlükəsizlik standartlarına və tarixi binalara tətbiq olunan qoruma qaydalarına əməl edilməsi də tələb olunur.

Bunu nədən edirlər?! Səbəbi odur ki, dünyanın müxtəlif ölkələrində kiçik kəndlər, qəsəbələr sürətlə boşalır, əhali böyük şəhərlərə köçür, aqrar sahədə çalışmaq istəyənlərin sayı azalır. Ona görə də dövlət belə proqramlar qəbul edir, şəhərlərdən kəndə, qəsəbəyə köçənlərə güzəştlər verir, faizsiz kreditlər təklif edir, kommunal xidmətlərə qoşulmaq, bərpa olunan enerji mənbələrinə keçid üçün köməklik göstərir.

Azərbaycanda da bu proses başlayıb, sürətlə gedir, kəndlər boşalır, əhali, əsasən, Bakıya axır. Bunun səbəbləri çoxdur, bir tək iqtisadi səbəb, maddi vəziyyət deyil – kəndlər, qəsəbələrdə, hətta rayonlarda mədəni həyat, əyləncə yoxdur, bizneslə məşğul olmaq üçün şərait zəifdir”.

Ekspert bildirib ki, Azərbaycanda da kəndə köçmək istəyənlərə ciddi güzəştlər tətbiq edilməlidir:

“Kəndlərdə yaşayanlar, orda çalışanlar kommunal xidmətlərə şəhərə nisbətən 2 dəfə az ödəniş etməlidir. İstehsal sahəsi yaratmaq istəyənin bütün texniki şərtləri, kommunal xidmətlərə qoşulması pulsuz olmalıdır.

Bu gün ölkə əhalisinin yarısına yaxını Abşeronda yaşayır, belə getsə, 20 ildən sonra bu rəqəm 80%-ə çatacaq...”

Tarix
2026.09.01 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla