Yuxarı

Berlin aeroportunda bomba həyəcanı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berlin aeroportunda bomba həyəcanı...

Berlin-Brandenburq (BER) hava limanında naməlum və zəhərli maddə ilə bağlı həyəcan siqnalı verilib.

Axar.az “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar aeroportun 1-ci terminalından sərnişinlər təxliyə edilib, bir neçə aviareys ləğv edilib, dəmir yolu əlaqəsi isə dayandırılıb.

Məlumata əsasən, bir qadın federal polisin xidmət məntəqəsinə müraciət edərək əl çantasında zəhərli maddələrin olduğunu bildirib. Polis əməkdaşları qadını saxlayıblar. Çantanın ətrafında təhlükəsizlik zolağı yaradılıb.

Polisin məlumatına görə, maddənin təhlükəli olub-olmadığını müəyyən etmək mümkün olmadığından təhlükəli yük siqnalı verilib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və hava limanının yanğınsöndürmə xidməti cəlb olunub.

Tarix
2026.09.04 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla