Yuxarı

BMT-dən dəhşətli İŞİD hesabatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD Mosulda dinc əhalidən canlı sipər kimi istifadə edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnsan Haqları üzrə ali komissarı Rupert Kolvil söyləyib.

Onun sözlərinə görə, terror təşkilatı vilayətdəki dinc əhali arasında qorxu yaymaq üçün kütləvi ölümlər həyata keçirir:

"Terror təşkilatı əhalini başqa bölgələrə köçməyinə imkan verməyərək, onlardan canlı sipər kimi istifadə edir. Onlar Safina kəndində 15 dinc sakini öldürərək, digərləri arasında qorxu yaratmaq üçün meyitlərini çaya tullayıblar. Oktyabrın 19-da yenidən eyni kənddə 6 kişinin qolunu avtomobilə bağlayaraq, onları kənd ərazisində sürüyüblər. Bu şəxsləri isə onlara qarşı döyüşən tayfanın lideri ilə əlaqədə ittiham ediblər. Oktyabrın 20-də İraq təhlükəsizlik qüvvələri Tulul Naser kəndində 70 dinc sakinin meyitini öz evlərində tapıblar. Meyitlərdə güllə izləri aşkarlanıb. İki gün sonra Mosulun cənubunda terror təşkilatı 3 qadın, 3 qız uşağını güllələyib, 4 azyaşlı körpəni isə yaralayıb. Bu şəxslər İŞİD-in məcburi köçürdüyü 100 nəfərlik qrupdan geri qaldıqlarına görə güllələniblər. Oktyabrın 23-də isə onlar İraq polisinin keçmiş 50 əməkdaşını öldürüblər".

Tarix
2016.10.26 / 00:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla