Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video
21:41
| Ana səhifə Planet |
|
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb.
Axar.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, tərəflər Floridada Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün nəticələrini və diplomatik prosesin növbəti mərhələlərini müzakirə ediblər.
“Komandalarımız faktiki olaraq daim əlaqə saxlayır. Biz diplomatik sahədə növbəti addımları da hazırlayırıq. Tərəfdaşlarımızı Rusiyanın bir an belə dayanmayan hücumları və hava hücumundan müdafiə məsələləri ilə bağlı real vəziyyət barədə mütəmadi məlumatlandırırıq”, – Zelenski bildirib.
|
Tarix
2026.10.18 / 20:55
|
Müəllif
Axar.az
|