Ana səhifə Planet |
Monteneqronun NATO-ya daxil olmağa hazırlaşdığını bəyan etməsindən sonra onun Rusiya ilə münasibətləri pisləşib.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında ukraynalı politoloq Aleksandr Musienko söyləyib. Onun sözlərinə görə, Monteneqronun bu planları Moskvanın maraqlarına cavab vermir:
"Monteneqro bir müddət öncə Rusiya biznesmenləri üçün cənnət idi. Onlar burada daşınmaz əmlak alır, istirahətə gəlir və otellər açırdılar. Bununla bərabər, Monteneqro əhalisi Yuqoslaviyanın 1999-cu ildə NATO tərəfindən bombardmanını unutmayıb. Üstəlik, Cukanoviçin 20 ildir hakimiyyətdə qalması, ona qarşı avtoritarizmlə bağlı iddiaları artırıb. Bütün bunlar rusiyayönlü qüvvələrin aktivliyinə şərait yaradır. Cukanoviçə sui-qəsdin arxasında Rusiyanın dayanması şübhəsizdir. Ona görə də baş nazir və tərəfdarları bu hadisədən ölkə ərazisində milli əhval-ruhiyyənin gücləndirilməsi üçün istifadə edəcəklər. Monteneqrodan fərqli olaraq daha maraqlı proseslər Serbiyada gedir. Ölkə baş naziri Vuçiç Monteneqro kimi NATO-ya can atır. Rusiya buna imkan verə bilməz. Məhz Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin səfəri zamanı Serbiyada gizli silah anbarının tapılması Vuçiç üçün şantaj idi. Moskva bununla serb hökumətinə təzyiq etməyə çalışır. Yeni hibrid müharibəsinin elementləri artıq kəşfiyyatların oyunu, hakerlərin mübarizə və yeraltı savaşlardır. Ona görə də belə savaşlara hazır olmaq lazımdır. Monteneqrodakı bu hadisə Balkanlar, Ukrayna, Moldova və digər postsovet ölkələri üçün dərs olmalıdır".
Qeyd edək ki, Monteneqro ölkə baş nazirinə sui-qəsdi rus millətçilərinin törətdiyini rəsmən bildirib.
Tarix
2016.11.08 / 09:18
|
Müəllif
İlkin Həsənov
|