Yuxarı

Nazirin yarım milyardlıq əmlakı əlindən alınacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın həbs olunan keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayev evləri, şəhərətrafı mülklər və torpaq sahələrini qanuni gəlirlərlə aldığını sübut edə bilməsə, onlar dövlətin hesabına keçiriləcək.

Axar.az xəbər verir ki, cinayət işi çərçivəsində müstəntiqlər artıq keçmiş nazir və ailəsinə məxsus aktivlər barəsində məlumatlar toplamağa başlayıblar.

Keçmiş nazirin xaricdəki hesabları ilə bağlı məlumat yoxdur, amma Moskva və ətrafında ona və ailəsinə məxsus mülklər, torpaq sahələri, evlər və yaşayış kompleksləri var.

İlkin məlumata görə, Ulyukayevin varidatı yarım milyard dollara çatır.

İstintaq Ulyukayev və qohumlarının hansı gəlirlə bütün bunları əldə etdiklərini araşdıracaq. Əgər rüşvət aldıqları və pul mənimsəmələri ilə bağlı əlaqə sübut edilsə, o zaman əmlakları dövlətə veriləcək.

Hazırda keçmiş nazir ev dustaqlığını özünün elit yaşayış kompleksində keçirir.

Qeyd edək ki, keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayev "Rosneft" şirkətinin nümayəndələrindən 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

Tarix
2016.11.21 / 13:39
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla